Cəmiyyət
Bakıda piyadalar qəza şəraiti yaratdılar - ANBAAN VİDEO
Paytaxtda və Sumqayıtda piyadaların avtomobillərin hərəkət zolağı ilə hərəkət etdikləri, piyada keçidlərindən istifadə etmədikləri ilə bağlı görüntülər redaksiyamıza daxil olub. Oxu.Az-a daxil olan görüntülərdə piyadaların yolun hərəkət hissəsində gəzməsi nəticəsində sürücülərin qəza şəraiti ilə üzləşdiyi görünür.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, piyada yolu piyada keçidi ilə keçməlidir. Keçid olmadıqda isə müəyyən edilmiş qaydalara uyğun olaraq yolu keçməlidir. İcazə verilməyən yerdən yolu keçən piyada inzibati məsuliyyət daşıya bilər. Bununla yanaşı, sürücülər də yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə qəzanın qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görməli, zərurət yarandıqda sürəti azaltmalı və ya dayanmalıdırlar.

Mənbə
oxu.az