Cəmiyyət
Əmək bazarının ehtiyaclarına uyğun beş yeni peşə ixtisası yaradılır
Bu ildən peşə məktəblərində əmək bazarının ehtiyaclarına uyğun beş yeni ixtisas tədris olunacaq. Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru, çörək ustası ixtisasları yeni tədris olunacaq ixtisaslar siyahısında yer alacaq.
Mənbə
oxu.az