Cəmiyyət
Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsi açılacaq
Azərbaycanda iki peşə təhsili müəssisəsi yaradılacaq. Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, peşə təhsili müəssisələri Türkiyə ilə əməkdaşlıq çərçivəsində yaradılacaq: "Bu təhsil müəssisələrinin Bakı və Qubada açılması planlaşdırılır. Burada təhsil alan tələbələr iki diplomla təmin olunacaqlar. Həm Azərbaycan, həm də Türkiyə peşə təhsil diplomları tələbələrə təqdim olunacaq. Bu müəssisələrdə 5 ixtisas tədris olunacaq. Hazırda bu istiqamət üzrə hazırlıq işləri görülür".
Mənbə
oxu.az