Cəmiyyət

İnternat məktəblərinin şagirdləri peşə təhsilinə cəlb ediləcəklər

23 Jul 2026, 11:58 2 baxış
İnternat məktəblərinin şagirdləri peşə təhsilinə cəlb ediləcəklər
"İnternat məktəblərinin və xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəkdə peşə təhsilinə cəlb olunması istiqamətində yeni layihə hazırlanır". Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, layihənin əsas məqsədi şagirdlərin və xüsusi qayğıya ehtiyacı olan uşaqların məşğulluğuna dəstək vermək, onların peşə bacarıqlarını inkişaf etdirmək və əmək bazarına inteqrasiyasını təmin etməkdir: "Bu çərçivədə iştirakçılar müxtəlif peşə məşğələlərinə cəlb olunacaq və praktiki bacarıqlar əldə edəcəklər".
Mənbə oxu.az

Oxşar Xəbərlər