Azərbaycanəsilli məmur Kiyev vilayətinə rəhbər təyin edildi
Ukrayna Nazirlər Kabineti Timur Tkaçenkonun Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsindən sonra onun yeni vəzifəyə təyin edilməsini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı daimi nümayəndəsi Taras Melniçuk məlumat verib.
Bildirilib ki, Timur Tkaçenkonun Kiyev Regional Dövlət Administrasiyasının sədri vəzifəsinə namizədliyi təsdiqlənib.
Bu vəzifəni əvvəllər Nikolay Kalaşnik tuturdu.
Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko 2024-cü il dekabrın 31-dən etibarən Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edirdi.
Əslən Şəmkir şəhərindən olan və 2023-cü ildə vəfat etmiş atası Firudin Məmmədov Ukraynadakı Azərbaycan diasporunun fəal üzvlərindən biri olub.