Dünya
Ərbildə ardıcıl partlayışlar: Kamikadze dronlar zərərsizləşdirildi - VİDEO
İraqın şimalındakı Ərbil şəhəri üzərində hava hücumundan müdafiə sistemləri beş kamikadze tipli pilotsuz uçuş aparatını məhv edib. Oxu.Az xəbər verir ki, bu barədə yerli "Kurdistan24" telekanalı məlumat yayıb. "Azad İran" "Telegram" kanalı isə Ərbildən videogörüntülər paylaşaraq şəhərdə yerləşən ABŞ konsulluğunun üzərində hava hücumundan müdafiə sistemlərinin intensiv atəş açdığını bildirib.
Pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi zamanı şəhərin müxtəlif yerlərində güclü partlayış səsləri eşidilib. Hadisə Ərbil səmasında bir gün əvvəl daha üç kamikadze tipli pilotsuz uçuş aparatının vurulmasından sonra baş verib. Məlumata görə, İranla ABŞ və İsrail arasında müharibə başlayandan bəri Tehran dəfələrlə Ərbil və Süleymaniyyə şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. İran isə hücumların əsas hədəfinin İran kürd müxalifət qruplarının düşərgələri, eləcə də Ərbildə yerləşən ABŞ hərbi bazası və konsulluğu olduğunu bildirir.

Mənbə
oxu.az
Oxşar Xəbərlər