Dünya

Ən böyük dövlət borcu hansı ölkədədir? - Yeni reytinq açıqlandı - FOTO

23 Jul 2026, 01:48 3 baxış
Ən böyük dövlət borcu hansı ölkədədir? - Yeni reytinq açıqlandı - FOTO
Dövlət borcunun həcmi ölkələrin borc yükünü tam əks etdirmir. Bu göstəricini düzgün qiymətləndirmək üçün həm borcun ümumi məbləği, həm də onun ümumi daxili məhsula (ÜDM) nisbəti nəzərə alınmalıdır. Oxu.Az xəbər verir ki, bu barədə "naked-science.ru" Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üzrə proqnozlarına əsaslanan reytinqə istinadla məlumat yayıb. Reytinqdə 30 ölkə dövlət borcunun ümumi həcmi və ÜDM-ə nisbəti üzrə müqayisə edilib. Proqnoza əsasən, 2026-cı ildə ABŞ-nin dövlət borcu 40.7 trilyon ABŞ dollarına çatacaq və ölkə bu göstərici üzrə dünya lideri olacaq. Bu məbləğ Çin, Yaponiya, Böyük Britaniya və Fransanın dövlət borclarının ümumi həcmindən də çoxdur. Lakin dövlət borcunun ÜDM-ə nisbətinə görə ABŞ təxminən 126 faiz göstərici ilə Yaponiya, Sinqapur, İtaliya və Yunanıstandan geri qalır. Eyni zamanda ABŞ dollarının əsas dünya ehtiyat valyutası statusunu qoruması ölkəyə beynəlxalq maliyyə bazarlarında mühüm üstünlüklər qazandırır. Nisbi dövlət borcu göstəricisinə görə ilk sırada Yaponiya qərarlaşıb. Burada dövlət borcunun ÜDM-in 204 faizini ötəcəyi proqnozlaşdırılır. Sonrakı yerlərdə Sinqapur, Sudan (169 faiz) və Bəhreyn (152 faiz) qərarlaşıb. Avropada isə Yunanıstan və İtaliyada dövlət borcunun ÜDM-ə nisbəti 135 faizi ötür. Fransada bu göstərici 118 faiz, Böyük Britaniyada 104 faiz, İspaniyada isə təxminən 98 faiz təşkil edir. Almaniya isə Konstitusiyada təsbit edilmiş "borc əyləci" mexanizmi sayəsində dövlət borcunu təxminən 3.5 trilyon ABŞ dolları səviyyəsində saxlaya bilib. Bu göstərici Fransa, İtaliya və Böyük Britaniya ilə müqayisədə daha aşağıdır.
Ən böyük dövlət borcu hansı ölkədədir? - Yeni reytinq açıqlandı - FOTO Ən böyük dövlət borcu hansı ölkədədir? - Yeni reytinq açıqlandı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər