Dünya
Misirdə azərbaycanlı turistin də olduğu tur avtobusu qəzaya uğrayıb
Misirin paytaxtı Qahirədən təxminən 205 kilometr məsafədə yerləşən Ras Sadr bölgəsində Türkiyə və Azərbaycan vətəndaşlarını daşıyan tur avtobusu yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 31 nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, Şarm əş-Şeyx-Qahirə avtomobil yolunun Ras Sadr hissəsində baş verən qəza nəticəsində 26 Türkiyə, 4 Misir və 1 Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 31 nəfər yaralanıb. Xəsarət alanlara hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra onlar təcili tibbi yardım avtomobilləri ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Mənbə
oxu.az
Oxşar Xəbərlər