Digər
Ukrayna BMT TŞ-nin iclasını tələb etdi
Ukrayna Rusiyanın Qara dənizdə mülki gəmilərə hücumları səbəbindən 27 iyulda BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiqa X səhifəsində yazıb.
O bildirib ki, Rusiya qlobal ərzaq təhlükəsizliyinə təhdid yaradır:
“Təkcə son bir neçə gündə Rusiya ən azı üç mülki yük gəmisinə hücum edib, nəticədə onlarla heyət üzvü ölüb və ya yaralanıb”.
Mənbə
axar.az