Dünya

Tramp İranla müharibədə həlak olmuş əsgərlərin cənazələrinin gətirilməsi mərasiminə qatılıb - FOTO

23 Jul 2026, 01:36 2 baxış
Tramp İranla müharibədə həlak olmuş əsgərlərin cənazələrinin gətirilməsi mərasiminə qatılıb - FOTO
ABŞ Prezidenti Donald Tramp İranla münaqişədə həlak olmuş dörd amerikalı hərbçinin cəsədinin vətənə gətirilməsi mərasimində iştirak edib. Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, mərasim Duvrdakı "Dover AFB" aviabazasında baş tutub. Mərasimdə həmçinin Pentaqon rəhbəri Pit Heqset, ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri Den Keyn və həlak olanların ailələri iştirak ediblər. Hərbçilərdən üçü İordaniyadakı aviabazalara endirilən zərbələr nəticəsində, biri isə İraqda həlak olub. ABŞ mediası qeyd edir ki, İranla silahlı münaqişə başlayandan bəri ABŞ hərbçiləri arasında itkilərin sayı 18-ə çatıb.
{{gallery}}
Tramp İranla müharibədə həlak olmuş əsgərlərin cənazələrinin gətirilməsi mərasiminə qatılıb - FOTO Tramp İranla müharibədə həlak olmuş əsgərlərin cənazələrinin gətirilməsi mərasiminə qatılıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər