Dünya
Macarıstanın yeni baş nazirindən maraqlı etiraf: "Məni Orbanın həyat yoldaşı böyüdüb"
Macarıstanın yeni Baş naziri Peter Madyar sələfi Viktor Orbanın həyat yoldaşı Aniko Levainin uşaqlıq illərində ona baxdığını etiraf edib. Onun sözlərinə görə, həmin dövrdə Levai Madyarın atasının hüquq firmasında çalışırmış. Oxu.Az xəbər verir ki, bu barədə "Index" portalı məlumat yayıb. "Levai vəkil işlədiyi vaxtlarda atam işlə məşğul olarkən tez-tez məni dizləri üstündə yırğalayardı", - deyə Madyar bildirib. Baş nazir qeyd edib ki, Aniko Levai atasının yanında hüquq təcrübəsi keçdiyi dövrdə ona nəzarət edir, tez-tez qayğısına qalırdı. Qeyd edək ki, Peter Madyar daha əvvəl də Aniko Levainin atasının hüquq firmasında təcrübə keçdiyini və həmin vaxt kiçik yaşlarında ona baxdığını bir neçə dəfə dilə gətirib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər