Cəmiyyət
Havanın temperaturu 41 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.
Mənbə
oxu.az