Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

22 Jul 2026, 03:00 2 baxış
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 22-də Bakı şəhərinin Yasamal rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Mehman Bünyadzadə, İzmir, Eldar Ağayev, Məhəmməd Xiyabani və Məhəmməd Xiyabani döngə 1, Əjdər Ağayev, Çuxursəd küçələrində, həmçinin 1-ci Alatava adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək. Görülən işlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər