Digər

Ermənistan “Sezar”ı sınaqdan keçirir - Video

20 Jul 2026, 17:08 26 baxış
Ermənistan “Sezar”ı sınaqdan keçirir - Video

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransadan alınan 155 mm-lik “Sezar” özüyeriyən artilleriya qurğusunun tətbiq edildiyi hərbi təlimlərdən video paylaşıb.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.


“Ermənistan hərbçilərinin 155 mm-lik “Aramazd” (Ermənistanda “Sezar” artilleriyasına verilən ad - red.) özüyeriyən artilleriya qurğuları ilə təlimi”, - Papikyan bildirib.


Qeyd edək ki, 2024-cü ilin iyun ayında İrəvan və Paris arasında 36 belə qurğunun tədarükü üçün müqavilə imzalanmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər