Digər

Sİ savaşı: Tramp Çinə qarşı tədbir görür

20 Jul 2026, 16:56 22 baxış
Sİ savaşı: Tramp Çinə qarşı tədbir görür

Tramp administrasiyası milli və kibertəhlükəsizlik narahatlıqlarını əsas gətirərək, ABŞ-da Çinin qabaqcıl süni intellekt modellərinin istifadəsini məhdudlaşdırmaq və ya faktiki olaraq bloklamaq üçün tədbirləri nəzərdən keçirir.


Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.


“Müzakirələr Çin istehsalı olan açıq mənbəli “Kimi” kimi süni intellekt modellərinin daha ucuz olması və ABŞ-ın aparıcı süni intellekt sistemləri ilə rəqabət apara bilməsi fonunda daha da intensivləşib.


Tənqidçilər hesab edirlər ki, bu cür siyasət əsasən rəqabəti azaltmaqla ABŞ-ın bazarda dominant mövqedə olan “OpenAİ” və “Anthropic” kimi şirkətlərinin maraqlarına xidmət edə bilər”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər