Melaniya Tramp finalda bu mesajı verdi – Foto
ABŞ-ın birinci xanımı Melaniya Tramp nadir hallarda qatıldığı bir tədbirdə əri, Prezident Donald Trampa dəstəyini nümayiş etdirib. Cütlük bazar günü Nyu Cersi stadionunda Argentina və İspaniya arasında keçirilən FİFA Dünya Kubokunun finalına qatılıb.
Kult.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, 56 yaşlı Melaniya bu tədbir üçün zərif və rəmzi bir geyim seçib: ağ şalvar və köynək incə vətənpərvərlik motivləri olan açıq-qəhvəyi pencəklə tamamlanıb. Birinci xanım əslən avropalı olduğundan, geyimi ilə nə İspaniyaya, nə də Argentinaya üstünlük verib, neytrallığı qoruduğunu açıq şəkildə göstərib.
Finaldan əvvəl Melaniya və Donald Tramp stadionun VİP lojasında Meksika Prezidenti Klaudiya Şeynbaum və FİFA prezidenti Canni İnfantino ilə birlikdə görünüb.