Digər

İranla savaş: Ölən amerikalı əsgərlərin sayı artdı

20 Jul 2026, 11:10 27 baxış
İranla savaş: Ölən amerikalı əsgərlərin sayı artdı

İranla davam edən gərginlik fonunda həlak olan amerikalı hərbçilərin sayı 17-yə çatıb.


Axar.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.


Bildirilib ki, iyulun 17-də amerikalı bir hərbçi İran hücumunu dəf edərkən İordaniyada itkin düşüb. Bu səbəbdən, rəsmi ölənlərin sayı 18-ə çata bilər.


Məlumata görə, yaralanan ABŞ əsgərlərinin ümumi sayı da 400-ü keçib.

Mənbə axar.az

Oxşar Xəbərlər