Digər
Qırğızıstanda güclü zəlzələ baş verdi
Qırğızıstanın İssık-Kul bölgəsində gecə saatlarında 5 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Seysmologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, zəlzələ Öttük və Kazan-Kuygan kəndlərində 5 bal, Cerge-Tal, Kızıl-Cıldız, Eçki-Başı və Emgekçil kəndlərində 4 bal, Kuybışeva, Şoro, Vosmoe Marta, Ak-Talaa, Dostuk, Can-Bulak, Min-Bulak, Calgız-Terek, Orto-Saz, Ak-Kıya, Orto-Nura, Keneş kəndləri və Narın şəhərində isə 3 bal gücündə hiss olunub.
Hadisə nəticəsində ölən, xəsarət alan və ya dağıntıların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Mənbə
axar.az