Digər

ABŞ Yaxın Şərqə F-16 və F-35-ləri göndərdi

20 Jul 2026, 01:02 18 baxış
ABŞ Yaxın Şərqə F-16 və F-35-ləri göndərdi

ABŞ Avropadan Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcı təyyarələri yerləşdirir.


Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.


Məlumata görə, Almaniyadan F-16, Böyük Britaniyadan isə F-35 qırıcıları regiona göndərilib. Bundan əlavə, Yaxın Şərqə əlavə yanacaqdaşıyan (tanker) hərbi təyyarələrin də yerləşdirildiyi bildirilir.


Nəşr qeyd edir ki, bu addım ABŞ administrasiyasının İrana qarşı mümkün hərbi əməliyyatları genişləndirə biləcəyinə dair növbəti siqnal kimi qiymətləndirilir. Təyyarələrin dəqiq hansı bazalarda yerləşdiriləcəyi isə hələ açıqlanmayıb.


Qeyd edək ki, bundan öncə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus on iki ədəd F-16CJ qırıcısının İordaniyadakı Müvəffəq Salti aviabazasına eniş etməsi barədə məlumat yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər