İdman

Mbappe Messini kölgədə qoydu - Yeni rekord

19 Jul 2026, 13:39 27 baxış
Mbappe Messini kölgədə qoydu - Yeni rekord

Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe dünya çempionatları tarixinin ən çox qol vuran oyunçusu olub.


Axar.az xəbər verir ki, fransız hücumçu İngiltərə ilə üçüncü yer uğrunda keçirilən oyunda dubl edərək, bu turnirdə 10-cu qolunu vurub, dünya çempionatlarında vurduğu qolların sayını isə 22-yə çatdırıb.


Argentina millisinin hücumçusu Lionel Messinin aktivində isə 21 qol var. Messi bu gün İspaniyaya qarşı final oyununda iştirak edəcək.


Qeyd edək ki, İngiltərə Fransanı 6-4 hesabı ilə mğılub edərək, dünya üçüncüsü olub.

Mənbə axar.az

Oxşar Xəbərlər