İdman

DÇ-2026 həyəcanı: Argentina - İspaniya finalının pərdəarxası məqamları - VİDEO

19 Jul 2026, 12:00 3 baxış
DÇ-2026 həyəcanı: Argentina - İspaniya finalının pərdəarxası məqamları - VİDEO
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışı yayımlanıb. Budəfəki proqram 2026-cı il dünya çempionatının həlledici görüşünə həsr olunub. Verilişdə mundialın ümumi gedişatı, turnirin futbolsevərlərdə yaratdığı təəssüratlar, sürpriz nəticələr və diqqətçəkən məqamlar geniş şəkildə təhlil edilib.

Həmçinin yarımfinal mərhələsində Argentina, İspaniya, Fransa və İngiltərənin çıxışlarını dəyərləndirib, komandaların güclü və zəif tərəfləri barədə fikirlər səsləndirilib. Bundan başqa, proqramda Argentina - İspaniya finalı ərəfəsində hər iki komandanın şansları, həlledici görüşün taleyini müəyyənləşdirə biləcək amillər və çempionluqla bağlı proqnozlar da müzakirə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər