İdman
Olise Pelenin rekordunu qırdı
Fransa millisinin və "Bavariya" klubunun vingeri Maykl Olise 2026-cı il dünya çempionatında (DÇ-2026) İngiltərə komandasına qarşı üçüncülük uğrunda oyunda Kilian Mbappeyə iki məhsuldar ötürmə verib. Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bununla da Olise DÇ-2026-nın yekununda aktivinə yeddi assist yazdırıb və əfsanəvi braziliyalı hücumçu Pelenin bir dünya çempionatında edilən məhsuldar ötürmə sayına görə rekordunu təzələyib. Qeyd edək ki, Pele DÇ-1970-də altı asistlə yadda qalmışdı.
Mənbə
oxu.az