Şou biznes
Qriqori Leps karyerasını başa vura biləcəyinə eyham vurdu
Rusiyanın Xalq artisti Qriqori Leps Vitebskdə keçiriləcək solo konserti ərəfəsində musiqi karyerası ilə bağlı gözlənilməz açıqlama verib. Oxu.Az "Moskovski Komsomolets" nəşrinə istinadən xəbər verir ki, məşhur müğənni iki ildən sonra səhnə fəaliyyətini başa vura biləcəyini bildirib. "Tanrının izni ilə, iki ildən sonra daha bir albom yazacağam", - deyə sənətçi qeyd edib. Leps yeni albomun "Sonuncu imperator" adlanacağını və bu layihədən sonra musiqi fəaliyyətinə yekun vuracağını açıqlayıb. O, bu planını həyata keçirəcəyinə ümid etdiyini vurğulayıb. Müğənni pərəstişkarlarının onun səhnədən gedişini anlayışla qarşılayacağına əmindir: "Zaman keçdikcə yeni və istedadlı sənətçilər meydana çıxacaq, hər şey öz yerini tutacaq".
Mənbə
oxu.az