DÇ-2026-da "İngiltərə sindromu": Növbə Argentinanındır?
DÇ-2026-nın finalında İspaniya ilə qarşılaşacaq Argentina maraqlı statistikanı alt-üst etmək şansı qazanıb.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, 2018-ci ildən bəri dünya çempionatının pley-off mərhələsində İngiltərəni 2-1 hesabı ilə məğlub edən komandalar sonradan finalda uduzurlar.
Bu hal ilk dəfə 2018-ci il mundialında yaşanıb. Həmin vaxt yarımfinalda İngiltərəni 2-1 hesabı ilə məğlub edən Xorvatiya həlledici oyunda Fransaya 2:4 hesabı ilə uduzub.
Eyni ssenari 2022-ci ildə də təkrarlanıb. Fransa 1/4 finalda İngiltərəni 2-1 hesabı ilə mübarizədən kənarlaşdırsa da, finalda Argentinaya penaltilər seriyasında məğlub olub.
DÇ-2026-nın yarımfinalında da Argentina İngiltərəni 2-1 hesabı ilə məğlub edib. Bu səbəbdən bəzi azarkeşlər sözügedən statistikanın bu dəfə də davam edib-etməyəcəyini maraqla gözləyirlər.
Qeyd edək ki, DÇ-2026-nın Argentina - İspaniya finalı iyulun 19-da keçiriləcək. Argentina qalib gələrsə, tarixində dördüncü dəfə dünya çempionu olacaq.