Dünya

Oman sahilləri yaxınlığında tankerə hücum edilib

18 Jul 2026, 22:24 3 baxış
Oman sahilləri yaxınlığında tankerə hücum edilib
Oman sahillərindən təxminən 100 kilometr şərqdə tanker hücuma məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. UKMTO-nun açıqlamasında bildirilir ki, Omanın Dukm şəhərindən təxminən 100 kilometr şərqdə ticarət gəmisi ilə bağlı insident baş verib: "Ticarət gəmisi bölgədə davam edən hərbi fəaliyyətin təsirinə məruz qalıb. Hadisədən səlahiyyətli qurumların məlumatı var və hazırda müvafiq araşdırmalar davam etdirilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər