İdman
Britaniyalı atlet bir mil məsafəyə qaçış üzrə dünya rekordu qırıb - FOTO
Britaniyalı yüngül atlet Coş Kerr Londonda keçirilən "Brilyant Liqa"nın mərhələsində bir mil (təxminən 1 600 metr) məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, idmançı məsafəni 3 dəqiqə 42.66 saniyəyə qət edib. Qeyd edək ki, əvvəlki rekord 1999-cu ildən mərakeşli Hişam Əl-Geruca məxsus idi. O, həmin məsafəni 3 dəqiqə 43.13 saniyəyə qaçmışdı. Bir mil məsafəyə qaçış Olimpiya Oyunlarının proqramına daxil deyil. 28 yaşlı Coş Kerr 1 500 metr məsafəyə qaçış üzrə Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısıdır. O, həmçinin 2023-cü il dünya çempionatının qalibi və 3 000 metr məsafəyə qaçış üzrə ikiqat Avropa çempionudur.
Mənbə
oxu.az