İdman
Mərhum şahmatçımız Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti vəzifəsinə seçilib. Oxu.Az xəbər verir ki, Rumıniyada keçirilən seçkidə təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə yenidən prezident seçilib. * Mərhum şahmatçımız Vüqar Həşimovun qardaşı Avropada yüksək vəzifəyə namizəddir Prezident seçkisindən sonra vitse-prezident vəzifələri üzrə səsvermə keçirilib. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq bu vəzifəyə layiq görülüb. Ümumilikdə qurumda üç vitse-prezident fəaliyyət göstərəcək. Seçkidə Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov da qonaq qismində iştirak edib. Qeyd edək ki, Sərxan Həşimov mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşıdır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az