İdman

İspaniya millisi final öncəsi məşqi ləğv edib - SƏBƏB

18 Jul 2026, 22:00 4 baxış
İspaniya millisi final öncəsi məşqi ləğv edib - SƏBƏB
İspaniya milli komandası 2026-cı il dünya çempionatının finalında Argentina yığması ilə keçirəcəyi oyun ərəfəsində məşqini əlverişsiz hava şəraiti səbəbindən ləğv edib. Oxu.Az xəbər verir ki, bu barədə COPE nəşri "X" sosial şəbəkəsində xəbər yayıb. Məlumata əsasən, ABŞ-nin Nyu-Cersi ştatında hava şəraitinin pisləşəcəyi, güclü yağış və ildırımlı leysanların olacağı gözlənilir. Bəzi ərazilərdə artıq qasırğalı hava şəraiti müşahidə olunur. Eyni zamanda qeyd edilir ki, bu hava şəraiti Kanadadakı meşə yanğınlarından yayılan tüstünün bölgədən çəkilməsinə kömək edə bilər. Qeyd edək ki, dünya çempionatının final oyunu iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərindəki "MetLife" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər