İdman

Messini tamamilə bağlamaq... - İnyesta

18 Jul 2026, 20:57 20 baxış
Messini tamamilə bağlamaq... - İnyesta

2026-cı il dünya çempionatının finalında argentinalı futbolçu Lionel Messini tamamilə zərərsizləşdirmək mümkün deyil.


Axar.az Publika.az-a istinadla xəbər verir ki, bunu İspaniya millisinin heyətində 2010-cu ilin dünya çempionu olan Andres İnyesta deyib.


"Messini tamamilə bağlamaq mümkün deyil. Məsələ daha çox İspaniyanın öz oyunu ilə Argentinaya nə dərəcədə zərər vura biləcəyindədir: qol vəziyyətləri yaratmaq və onlar yarandıqda bunları reallaşdırmaq. Messi haqqında söz tapa bilmirəm - mən sadəcə bunu necə təsvir edəcəyimi bilmirəm", - deyə İnyesta bildirib.


İyulun 19-da Nyu Yorkda keçiriləcək finalda Argentina, yarımfinalda Fransanı 2-0 hesabı ilə məğlub edən İspaniya ilə qarşılaşacaq. Argentina öz yarımfinalında İngiltərəni 2-1 hesabı ilə məğlub edib. Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Futbol üzrə dünya çempionatı iyunun 11-də ABŞ, Meksika və Kanadada başlayıb və iyulun 19-dək davam edəcək. Hazırkı dünya çempionu, ötən finalda Fransanı məğlub edən Argentina millisidir.

Mənbə axar.az

Oxşar Xəbərlər