Dünya

İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü

18 Jul 2026, 20:24 3 baxış
İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü
ABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr ölkənin əsas liman şəhərlərindən biri olan Bəndər-Abbası İranın digər hissələri ilə nəqliyyat əlaqələrindən təcrid edib. Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. * İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu * Tramp İranda yeni hədəf göstərdi - VİDEO * ABŞ-nin Bəndər-Xomeynini vurması nəticəsində ölənlərin sayı 38-ə çatdı: Çoxlu sayda yaralı var Bombardmanlar nəticəsində 500 min nəfər əhalisi olan və ölkənin xarici ticarətinin təxminən yarısının həyata keçirildiyi Bəndər-Abbas şəhəri faktiki olaraq xarici dünya ilə əlaqədən məhrum olub. Şəhəri ölkənin digər hissələri ilə birləşdirən körpülər və dəmir yolu xətləri dağıdılıb. Bəndər-Abbasda həmçinin İranın əsas hərbi dəniz bazası yerləşir. Bu baza Tehranın Hörmüz boğazına nəzarət imkanlarında mühüm rol oynayır. Pentaqonun keçmiş əməkdaşı Maykl Rubin bildirib ki, ABŞ rəhbərliyi liman şəhərinin təcrid edilməsinin Hörmüz boğazında gəmiçiliyin bərpası üçün əsas amillərdən biri olduğuna getdikcə daha çox inanır. "Pentaqonda belə bir qənaət formalaşır ki, ABŞ bu vəziyyətə son qoymaq istəyirsə, başqa seçimi yoxdur", - deyə Rubin qeyd edib. Nəşr vurğulayır ki, son zərbələr mümkün hərbi cinayətlərlə bağlı suallar doğurur. Belə ki, 1949-cu il Cenevrə Konvensiyalarına əsasən, müharibə aparan tərəflər hərbi obyektlərlə mülki infrastrukturu fərqləndirməlidirlər. ABŞ da həmin sənədi imzalayan tərəflər sırasındadır.
İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü
Mənbə oxu.az

Oxşar Xəbərlər