İdman

Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

18 Jul 2026, 20:48 3 baxış
Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
"Mercedes" komandasının pilotu Kimi Antonelli 2026-cı il mövsümünün "Formula-1" dünya çempionatının 10-cu mərhələsi olan Belçika Qran-prisinin təsnifat mərhələsində birinci olub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarış Spa-Frankorşam trasında keçirilir. İkinci yeri "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tutub. Üçüncü pillədə isə "McLaren"in britaniyalı pilotu Lando Norris qərarlaşıb. Qran-prinin əsas yarışı bazar günü keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər