İdman

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

18 Jul 2026, 20:48 2 baxış
Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular (U-17) arasında beynəlxalq turnir keçirilib.


Axar.az xəbər verir ki, Azərbaycan millisi 5 ölkənin qatıldığı yarışda 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıb.


Bütün rəqiblərinə qalib gələn Həsrət Məmmədov (46 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Əli Abaslı (60 kiloqram), Yusif Həsənli (66 kiloqram) və Şükar Əliyev (80 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Vaqif Məhəmmədli (50 kiloqram), Qardaş Rəhimov (54 kiloqram), Əli Camalzadə (57 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram), Saleh Fərəcov (80 kiloqram), Mehran Rəsulov (+80 kiloqram) ikinci, Aydın Şahbazov (46 kiloqram) və Sabir Rüstəmov (60 kiloqram) üçüncü yeri tutublar.

Mənbə axar.az

Oxşar Xəbərlər