İdman

Vernidub Konfrans Liqasında əsas hədəfindən danışdı

18 Jul 2026, 18:24 22 baxış
Vernidub Konfrans Liqasında əsas hədəfindən danışdı

Əminliklə deyə bilərəm ki, Konfrans Liqasında əsas mərhələyə yüksəlməyə çalışırıq. Bu, asan olmayacaq. Püşkdən də çox şey asılıdır. Birinci rəqibi keçməli, sonra digərləri haqqında fikirləşməliyik.


Axar.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub jurnalistlərə açıqlamasında bildirib.


Ukraynalı mütəxəssis avrokuboklardakı rəqiblərinin ölkə çempionatlarında lider olduğunu vurğulayıb:


"Bizi asan qarşılaşmalar gözləmir. Matçlarda əlimizdən gələni edəcəyik".


Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi ilk matçını iyulun 22-də Bakıda keçirəcək. Cavab görüşü iyulun 30-da baş tutacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər