Dünya
Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı
İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İsraillə hərbi münaqişə davam etdiyi müddətdə ictimaiyyət qarşısına çıxmayacaq. Oxu.Az-ın məlumatına əsasən, bu barədə TASS agentliyinə İran mənbələrindən açıqlama verilib. "Təhlükəsizlik tədbirləri çərçivəsində zati-aliləri yaxın müddətdə ictimaiyyət qarşısına çıxmayacaq. Hökumət mövcud durumun sabitləşməsini gözləyir. Yalnız bundan sonra onun ictimai məkanlarda iştirakı mümkün olacaq", - deyə agentliyin mənbəsi bildirib. Agentliyin məlumatına görə, ali rəhbərin cəmiyyət qarşısına çıxmaması birbaşa müharibə və təhlükəsizlik məsələləri ilə əlaqədardır.
Mənbə
oxu.az