İdman

Moldovalı hakim yenə Azərbaycan klubunun oyununa təyinat aldı

18 Jul 2026, 14:44 26 baxış
Moldovalı hakim yenə Azərbaycan klubunun oyununa təyinat aldı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Zirə"nin Estoniyada "Payde"yə qarşı keçirəcəyi görüşün hakimləri açıqlanıb. Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı moldovalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Roman Jitari olacaq. Moldovalı referi azərbaycanlı futbol azarkeşlərinə yaxşı tanışdır. O, iyulun 9-da UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) matçının (3:0) baş hakimi olub. Xatırladaq ki, "Payde" - "Zirə" oyunu iyulun 23-də, təkrar qarşılaşma isə bir həftə sonra keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər