İdman

“Qarabağ”ın oyunu italiyalılara həvalə olundu

18 Jul 2026, 14:46 21 baxış
“Qarabağ”ın oyunu italiyalılara həvalə olundu

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - ÇSKA (Sofiya, Bolqarıstan) cütünün hər iki oyunu üçün hakim təyinatları açıqlanıb.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, iyulun 23-də Bakıda keçiriləcək ilk qarşılaşmanı italiyalı FIFA referisi Daniele Çiffi idarə edəcək.


Ona həmyerliləri Ciovanni Baççini və Alessandro Lo Çiçero kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR-da Valerio Marini, AVAR-da isə Federiko La Penna olacaq.


İyulun 30-da Sofiyada keçiriləcək cavab görüşü belçikalı FIFA referisi Bram Van Drişşeyə həvalə olunub. Ona Mişel Seldreyers və İv De Neve yan xətt hakimləri kimi köməklik göstərəcəklər. Dördüncü hakim Kevin Van Damme olacaq. VAR hakimi Bert Put, AVAR isə Vesli De Kremer təyin edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər