İdman
"Qarabağ"ın oyunu italyanlara tapşırıldı
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın "ÇSKA Sofiya" klubuna qarşı keçirəcəyi hər iki oyunun hakimləri bəlli olub. Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Bakıda keçiriləcək ilk matçı Daniele Çiffinin rəhbərliyi altında italiyalı hakimlər briqadası idarə edəcək. Səfərdə baş tutacaq görüşə isə belçikalı hakimlər təyinat alıblar - matçın baş hakimi Bram Van Drişşe olacaq. Qeyd edək ki, "Qarabağ"ın ilk oyunu iyulun 23-də Bakıda, cavab matçı isə bir həftə sonra Sofiyada keçiriləcək.
Mənbə
oxu.az