İdman

"Neftçi" - "Dinamo Minsk" oyununun hakimləri bilindi

18 Jul 2026, 13:38 21 baxış
"Neftçi" - "Dinamo Minsk" oyununun hakimləri bilindi
"Neftçi"nin Belarusun "Dinamo Minsk" klubu ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşün baş hakimi Konstantinos Fellas olacaq. Qeyd edək ki, "Neftçi" - "Dinamo Minsk" matçı iyulun 22-də Bakıda baş tutacaq. Cavab görüşü isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərində keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər