Dünya

ABŞ hökumət işçilərinə xidməti telefonlarda "TikTok"dan istifadəyə yenidən icazə verdi

18 Jul 2026, 11:44 21 baxış
ABŞ hökumət işçilərinə xidməti telefonlarda "TikTok"dan istifadəyə yenidən icazə verdi
ABŞ-nin hökumət işçilərinə xidməti telefonlarına yenidən "TikTok" quraşdırmağa icazə verilib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb. Tətbiqin Çinin "ByteDance" şirkətinə məxsus olması səbəbindən milli təhlükəsizlik üçün təhdid yaratdığına dair narahatlıqlara görə sözügedən məhdudiyyət 2022-ci ildən tətbiq edilirdi. Nazirlikdən bildirilib ki, milli təhlükəsizlik riskləri tamamilə aradan qalxıb. Artıq işçilərin rəsmi cihazlara "TikTok" yükləyə biləcəyi ilə bağlı qərarı hər bir federal idarə daxili nizamnamələri əsas götürərək sərbəst şəkildə qəbul edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər