Dünya
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Türkiyənin Malatya bölgəsinin Battalqazi rayonunda 5 bal gücündə zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Bakı vaxt ilə saat 07:20-də qeydə alınıb. Zəlzələnin ocağı 15.59 kilometr dərinlikdə olub. Seysmik hadisə Elazığ, Adıyaman, Tunceli və Şanlıurfada da hiss olunub. İtki və dağıntı barədə hələlik məlumat yoxdur.
Mənbə
oxu.az