Dünya

SEPAH Bəhreyndə ABŞ-nin süni intellekt mərkəzinə və dron anbarına zərbə endirdi

18 Jul 2026, 02:08 19 baxış
SEPAH Bəhreyndə ABŞ-nin süni intellekt mərkəzinə və dron anbarına zərbə endirdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-yə məxsus hərbi obyektləri məhv etdiyini açıqlayıb. Oxu.Az SEPAH-ın məlumatına istinadən xəbər verir ki, zərbələr nəticəsində ABŞ-nin pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbar vurulub. Həmçinin SEPAH İranda hədəflərə yönəlmiş zərbələr üçün istifadə edildiyi iddia olunan "əsas süni intellekt mərkəzinin" tamamilə məhv edildiyini bildirib. SEPAH-ın məlumatına görə, hücum zamanı İran Silahlı Qüvvələri ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər