Dünya

KİV: İsrail öz aviabombalarını istehsal etməyi planlaşdırır

17 Jul 2026, 22:00 2 baxış
KİV: İsrail öz aviabombalarını istehsal etməyi planlaşdırır
İsrail ABŞ-dən silah tədarükündən asılı olmamaq üçün iki il ərzində idarə olunan JDAM aviasiya bombalarının kütləvi istehsalını təşkil etməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, İsrail hələ 2024-cü ildə, o vaxtkı müdafiə naziri Yoav Qallantın göstərişi ilə öz bombalarının istehsalını artırmağa başlayıb. Bu qərar həmin ilin mayında ABŞ-nin sabiq prezidenti Co Bayden administrasiyasının İsrailə bəzi silah növlərinin tədarükünə qismən embarqo tətbiq etməsindən sonra qəbul edilib. Onilliklər ərzində İsrail bu tip silahların tədarükündə ABŞ-yə güvənib. İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baramın sözlərinə görə, son dövrlərdə qurum əsas diqqəti məhz aviabombaların istehsalına yönəldib. "Hazırda bütün istifadə olunmuş sursat ehtiyatlarını bərpa etmək üzərində işləyirik ki, istənilən ssenariyə hazır olaq. İranla bağlı əməliyyatdan əvvəl qəbul etdiyimiz, İsraildə istehsal xətlərinin genişləndirilməsi və sürətləndirilməsi ilə bağlı qərarlar istehsal tempini yeni səviyyəyə çıxarmağa imkan verəcək", - deyə Baram bildirib. Nəşr qeyd edir ki, İsrail artıq sərbəst düşən aviabombaları yüksəkdəqiqlikli silahlara çevirmək üçün öz tuşlama dəstlərini istehsal edir. Lakin istehsal həcmi hələ də arzuolunan səviyyədən uzaqdır. Sursat istehsalının konkret göstəriciləri və texniki xüsusiyyətləri barədə məlumat verilmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər