Şou biznes
Aleksandr Maslyakovun həyat yoldaşı vəfat etdi
"Şən və Hazırcavablar Klubu" (KVN) proqramının rejissoru və KVN-in keçmiş rəhbəri, mərhum Aleksandr Maslyakovun arvadı Svetlana Maslyakova vəfat edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə KVN-dən məlumat verilib. Qeyd olunub ki, o, 78 yaşında dünyasını dəyişib. S.Maslyakova həyat yoldaşı Aleksandr Maslyakovla birlikdə ölkənin əsas yumoristik liqasını yaradıb. Xatırladaq ki, Aleksandr Maslyakov 8 sentyabr 2024-cü ildə vəfat edib.
Mənbə
oxu.az