Digər

Türkiyədən Ukraynaya mühüm dəstək

17 Jul 2026, 13:55 3 baxış
Türkiyədən Ukraynaya mühüm dəstək

Türkiyə Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.


Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsində Ukraynaya səfəri ilə bağlı paylaşımında bildirib.


Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski, Prezident Ofisinin rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sibiqa ilə keçirilən görüşlərdə ikitərəfli münasibətlər, eləcə də Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət ətraflı müzakirə olunub.


“Türkiyə tərəfləri yenidən danışıqlar masası arxasında bir araya gətirəcək və davamlı sülhə töhfə verəcək bütün təşəbbüsləri dəstəkləməyə hazırdır”, - o vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər