Dünya

Yaponiyada imperator varisliyi ilə bağlı yeni qanun: Qadınlar taxta çıxa biləcəkmi?

17 Jul 2026, 14:32 2 baxış
Yaponiyada imperator varisliyi ilə bağlı yeni qanun: Qadınlar taxta çıxa biləcəkmi?
Yaponiya Parlamentinin yuxarı palatası hökumət tərəfindən təqdim edilmiş və tax-taca varislik böhranının həllinə yönəlmiş imperator ailəsi haqqında qanun layihəsini qəbul edib. Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verib. Bildirilib ki, səsvermə zamanı deputatların əksəriyyəti sənədi təsdiqləyiblər. Daha əvvəl isə parlamentin aşağı palatası qanun layihəsini təsdiqləmişdi. Beləliklə, Yaponiya parlamenti "19-cu əsr İmperator Evi Qanunu"nda tarixi dəyişiklik etmək qərarına gəlib. Qanunvericilər yalnız ata xəttindən olan kişilərin imperator ola biləcəyi barədə qərar qəbul ediblər, baxmayaraq ki, daha əvvəl Yaponiyada bunun azalan imperator ailəsi üçün ciddi nəticələrə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar ifadə edilmişdi. Yaponiya parlamentinin yuxarı palatasında böyük səs çoxluğu ilə qəbul edilən bu qanun layihəsi kişi tərəfindən olan 15 yaşdan yuxarı uzaq qohumların nikahda olmamaları şərtilə övladlığa götürülmə qaydasında imperator ailəsinə qayıtmasına imkan verir. Qanun həmçinin qadınlara adi vətəndaşla evləndikdən sonra kral statusunu saxlamağa imkan verir. Kral müşahidəçiləri və ekspertləri israr edirdilər ki, yalnız kişilər imperator ola bilərlər. Nəticə etibarilə Yaponiya parlamenti qadınların taxt-taca varisliyinə qoyulan qadağanı təsdiqləyib. İmperator evinin taxt-tacına varislik hazırda şahzadə Akisino və şahzadə Kikonun ən kiçik uşağı və yeganə oğlu, eləcə də 66 yaşlı İmperator Naruxitonun qardaşı oğlu olan 19 yaşlı şahzadə Xisaxitoya məxsusdur. Əgər orta məktəbi yeni bitirən, hazırda universitetdə biologiya təhsili alan və subay olan şahzadə Xisaxitonun oğlu dünyaya gəlməsə, mövcud qaydalara əsasən, onun varisləri qalmayacaq və imperator ailəsinin şəcərəsi yox olacaq. Qeyd edək ki, 1947-ci ildən bəri qüvvədə olan "Yaponiyanın İmperator Evi Qanunu" qadınların Xrizantema Taxtına çıxmasını qadağan edir, varislik hüququ isə yalnız kişi xətti ilə ötürülə bilər. İmperator Naruxitonun yalnız üç varisi var - 60 yaşlı kiçik qardaşı Fumixito, 19 yaşlı qardaşı oğlu Xisaxito və 90 yaşlı əmisi Xitati. Buna görə də son illərdə imperator taxtının sabit varisliyinin saxlanması ilə bağlı narahatlıqlar artıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər