Digər

Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək

17 Jul 2026, 14:48 1 baxış
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək

Balıq və balıq məhsullarının AB ölkələrinə ixracı proseduru tam başa çatıb və Ermənistan istehsalçıları praktiki çatdırılma prosesinə başlaya bilərlər.


Axar.az xəbər verir ki, bunu Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəisi Tiqran Petrosyan deyib.


Onun sözlərinə görə, hökumət artıq müvafiq proseduru və nəzarət yoxlama vərəqlərini təsdiqləyib:


“Bunun əsasında müfəttişlər təsərrüfatların Avropa TRACES elektron sistemində qeydiyyata alınması üçün yoxlamalar aparacaqlar”.


Qeyd edək ki, Rusiya Ermənistana təzyiq məqsədi ilə bir çox məhsulun bu ölkədən idxalına qadağa qoyub. Əvəzində Avropa Birliyi Ermənistana məhsullarını Avropa bazarına çıxarmaq imkanı tanıyıb və maliyyə yardımına başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər