3400 illik qızıl diademlər tapıldı - Foto
Kiprdə aparılan arxeoloji qazıntılar zamanı yaşı təxminən 3400 il olan qızıl diademlər (başa taxılan bəzək əşyası) aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə “Oksford Arxeologiya” jurnalı məlumat yayıb.
Məlumata görə, Hala Sultan xanəgahı qədim qəbiristanlığında tapılan doqquz qızıl diademdən biri 4-5 yaşlı uşağın alnında qorunub saxlanılıb. Uşaq 68 muncuqdan ibarət boyunbağı və sırğalarla birlikdə dəfn edilib.
Tədqiqatçıların fikrincə, ağır diademlər gündəlik istifadə olunub, yüngül nümunələr və dodaqlara qoyulan qızıl lövhəciklər isə dəfn mərasimləri üçün hazırlanıb.
Qeyd edək ki, Hala Sultan xanəgahı e.ə. 1630-1150-ci illərdə Aralıq dənizinin mühüm liman şəhərlərindən biri olub və geniş beynəlxalq ticarət əlaqələrinə malik idi.