Şou biznes
Kirkorov ABŞ vətəndaşlığı üçün malikanəsini 100 dollara satıb - FOTO
Rusiyalı müğınni Filipp Kirkorov qızının ABŞ vətəndaşlığını zəmanət altına almaq məqsədilə Mayami şəhərindəki malikanəsini bazar dəyərindən 41 min dəfə ucuz qiymətə ona satıb. Oxu.Az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb. Mənbənin məlumatına əsasən, bazar qiyməti 6.1 milyon dollar olan evi sənətçi cəmi 100 dollara satıb. O, bu villanı 2011-ci ildə 4.2 milyon dollar müqabilində əldə etmişdi. Əmlakın mülkiyyət hüququ sənətçinin özünün, oğlu Martinin, qızı Alla-Viktoriyanın və daha bir qadının adına qeydiyyata alınıb. Villa Mayaminin prestijli ərazilərindən birində, "La Gorce Drive" küçəsində qərarlaşır. İkimərtəbəli mülkün yaşayış sahəsi 734 kvadratmetr, ümumi sahəsi isə 905 kvadratmetr təşkil edir. Binaya 14 min kvadratmetrlik torpaq sahəsi aiddir. Evin daxilində yeddi yataq otağı və bir o qədər də vanna otağı mövcuddur. Həmçinin, ərazidə hovuz, cakuzi, sərnişin lifti və kərpic terras da yer alır. Bildirilir ki, müğənni müxtəlif vergi güzəştlərindən istifadə edib. Əmlakın kadastr qiyməti 4.38 milyon dollardır.
Mənbə
oxu.az