Şou biznes
Şakiranın geyimi DÇ-nin finalından sonra hərraca çıxarılacaq
2026-cı il dünya çempionatı ilə bağlı xatirə əşyaları, o cümlədən müğənni Şakiranın səhnə kostyumu turnirin finalından sonra "Christie's" hərracında satışa çıxarılacaq. Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. "Christie's" və "Global Citizen" 2026-cı il futbol üzrə dünya çempionatından sonra FIFA-nın vətəndaş təhsili fondunun xeyrinə xüsusi onlayn hərrac keçiriləcəyini elan edir. Hərracda turnirin ilk üç açılış matçının hər birində istifadə olunnuş toplar, eləcə də Şakira, BTS və Madonna ilə ilk "Global Citizen Halftime" şousunda istifadə olunacaq və hələ açıqlanmayan digər əşyalar təqdim olunacaq", - deyə məlumatda bildirilib. Hərrac iyulun 22-dən 29-dək "Christie's"in saytında keçiriləcək. Əldə olunan bütün vəsait FIFA-nın Qlobal Təhsil Fonduna və yoxsulluqla mübarizə aparan "Global Citizen" qeyri-hökumət təşkilatına yönəldiləcək. Pul 200 ölkədə uşaqların təhsil və futbola çıxış imkanlarının təmin edilməsinə sərf olunacaq. "The Athletic"in məlumatına görə, lotlar arasında Lionel Messi, Raul Ximenes və ABŞ millisinin oyunçularının imzaladığı futbolkalar, finalın rəsmi topu və açılış oyunlarında istifadə olunan toplar, həmçinin Şakiranın turnirin rəsmi mahnısı "Dai Dai" üçün çəkilmiş klipdə geyindiyi geyim də olacaq. 2026-cı il dünya çempionatının finalı iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Nyu-Cersidəki "MetLife" stadionunda keçiriləcək.
Mənbə
oxu.az