Şou biznes

KİV: P.Diddi Mayamidəki malikanəsini 55 milyon dollara satıb

16 Jul 2026, 01:00 2 baxış
KİV: P.Diddi Mayamidəki malikanəsini 55 milyon dollara satıb
Daha çox P.Diddi kimi tanınan və həbsdə olan repçi Şon Kombs Mayamidəki Star-Aylend adasında yerləşən malikanəsini 55 milyon dollara satıb. Oxu.Az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb. Məlumata görə, müştəri alış-verişi 18. milyon dollarlıq bank ipoteka krediti hesabına maliyyələşdirib. Qeyd edək ki, 2025-ci ilin oktyabrında Nyu-York məhkəməsi reperi fahişəliklə əlaqədar cinayətlərdə təqsirli bilərək dörd ildən çox müddətə azadlıqdan məhrum edib. Musiqiçinin müdafiəsi 14 aylıq həbs cəzası tələb etmişdi, prokurorluq isə 11 ildən çox azadlıqdan məhrum edilməsini istəmişdi. Həmin ilin iyulunda andlılar məhkəməsi onun ömürlük həbs cəzası ilə nəticələnə biləcək daha ağır ittihamlar - reketçilik və insan alveri üzrə təqsirsiz olduğuna qərar vermişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər